Ermənilər Fransadakı Azərbaycan mədəniyyət mərkəzinə hücum etməyə çalışıblar
Bakı, 23 sentyabr, AZƏRTAC
“Nor Seround” radikal erməni qrupu Fransadakı Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.
AZƏRTAC xəbər verir ki, məqsəd UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın keçirilməsinə mane olmaq idi.
Ermənilər mədəniyyət mərkəzinin binasına rəngli boyalar atıblar, polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]