ERMƏNİLƏR NЦVBƏTİ YALANA ƏL ATMIŞLAR
Son zamanlar Ermənistanın bir sıra mətbu orqanları Naxçıvan Muxtar Respublikası Culfa rayonunun ərazisində guya ermənilərə məxsus qəbirlərin dağıdılması ətrafında mənasız hay-küy qaldırmış, AŞPA-nın faktaraşdırıcı missiyasının guya Naxçıvana səfər edəcəyi barədə xəbərlər yaymışlar.
Nцvbəti fırıldağa əl atan və bununla da dünya ictimaiyyətini çaşdırmağa çalışan erməni təbliğat maşını AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin keçmiş üzvü Ə.Abbasov tərəfindən 2003-cü ildə hazırlanmış “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti” adlı məruzəsi ьzrə qurumun 1559 nцmrəli tövsiyyəsini əsas götürmüşlər. Ə.Abbasovun məruzəsində əslində цlkəmizin işğal olunmuş ərazilərində xalqımıza məxsus tarixi və mədəni abidələrin ermənilər tərəfindən dağıdılması faktı öz əksini tapmışdır. Məruzəзi bunu yerindəcə yoxlamaq ьзьn Cənubi Qafqazın hər üç ölkəsinə AŞPA-nın faktaraşdırıcı missiyasının göndərilməsi təklifini irəli sürmüş və qurum da bununla bağlı 1559 nцmrəli tövsiyəni qəbul etmişdir.
Amma bu tövsiyəyə istinad etmiş erməni mətbuatı onun əsas müddəalarının məğzini gizlədərək, bundan ermənilərin yararlanması üçün sui-istifadə etməyə səy göstərmiş, missiyanın səfərinin əsl mahiyyətini təhrif etmiş və yalan xəbərlər yaymışlar. Onların özləri tərəfindən uydurulmuş səfərin 2006-cı ilin may ayında həyata keзiriləcəyi barədə yaydıqları xəbərlər heç də həqiqətən uyğun deyildir. Зьnki səfərlə bağlı hələ ki, hər hansı qərar qəbul edilməmişdir.
Belə bir səfər yalnız hər üç Cənubi Qafqaz ölkəsinin AŞPA-dakı nümayəndə heyətləri arasında danışıqlar aparıldıqdan və bu sahədə təkliflər nəzərə alındıqdan sonra reallaşa bilər. Bu xəbərlər ermənilərin növbəti yalanlarından başqa bir şey deyildir.