Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin soyqırımı filiyası və dəhliz fobiyası

Ermənilərin soyqırımı filiyası və dəhliz fobiyası

Bakı, 4 noyabr, Vüqar Seyidov, AZƏRTAC

Çoxdan müşahidə olunub ki, erməni cəmiyyətində məsələnin mahiyyətini diqqətdən kənarda qoyaraq sözlərə hədsiz əhəmiyyət verirlər. Ermənilərin nəzərində forma çox vaxt məzmundan daha vacib olur.

Sadə bir misal göstərək. Birinci Dünya müharibəsində ermənilərin və həmçinin türk xalqının da məruz qaldığı faciə, hər iki xalqın insan tələfatının miqyasına baxmayaraq, sözün hüquqi mənasında soyqırımı deyil, heç vaxt soyqırımı hesab olunmayıb və hesab olunmayacaq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə qərarında açıq-aydın göstərilib ki, soyqırımı cinayətinin meyarları çox məhdud olduğuna görə, bu faktı müəyyən etmək olduqca çətindir. Eyni zamanda, “erməni soyqırımı” fərziyyəsinin fakt deyil, şəxsi rəy olmasını təsdiqləyən bir sıra inandırıcı dəlillər göstərilib və hər kəsin öz rəyini bildirmək hüququ var. “Erməni soyqırımı” frazasını, istəsəniz, milyon dəfə təkrar etmək, bu mövzuda yüzlərlə məqalə və monoqrafiya yazmaq olar. Bununla o, soyqırımı olmayacaq. Faciə - bəli, olub; birtərəfli olmayan qətllər - olub; qırğın, yenə də ikitərəfli - Allah xatirinə, əlbəttə, olub! Lakin soyqırımı olmayıb. Həmin illərdə ermənilərin və türklərin həyatlarını itirməsini məhz qətliam aktı kimi tövsif etmək üçün ciddi hüquqi meyarlar olmalıdır, bu meyarların ən vacibi beynəlxalq tribunalın verdiktidir. Belə bir verdikt isə yoxdur və olmayacaq.

Məhz bu səbəbdən yəhudilərin və Sinti qaraçılarının Holokostu, Bosniya müsəlmanlarının və ruandalı tutsilərin qırılması soyqırımı aktları kimi tanınıb, bu barədə Nürnberqdən başlamış Haaqaya qədər ali beynəlxalq məhkəmə orqanlarının qərarları var.

Vəssalam! O uzaq illərdə ermənilərin məruz qaldığı məhrumiyyətləri necə istəsəniz adlandırmaq olar, amma soyqırımı adlandırmaq olmaz. Onlar isə bu sözdən yapışıblar və ondan əl çəkmirlər: “Biz faciəmizin soyqırımı adlandırılmasını istəyirik, vəssalam!”, “Soyqırımı uğrunda!”, “Soyqırımının tanınması ilə bağlı parlament qətnamələrinin qəbul edilməsi üzrə beşillik planı artıraq”.

Uzaq keçmişdəki hadisələri “qırğın” adlandırsan, inciyəcəklər, ermənicə “mets yeqern” desən, yenə kədərlənəcəklər. Amma “soyqırımı” desən onlar sevincdən rəqs etməyə başlayacaqlar, sanki bu söz həmin illərdə həyatlarını itirənlərin - həm ermənilərin, həm də türklərin, kürdlərin, çərkəzlərin, lazların və Şərqi Anadoluda məskunlaşan bir sıra başqa xalqların ruhunu sakitləşdirəcək. Axı biz pişiyə “it” desək, o, miyoldamaq əvəzinə hürməyəcək. Kimlərinsə ruhunu oxşayan “erməni soyqırımı” frazasını gündə yüz dəfə təkrarlasan da, o, soyqırımı olmayacaq. Belə təsəvvür yaranır ki, bu söz onlarda əsəb sistemini sakitləşdirir, müəyyən daxili məmnunluq yaradır.

Moskvada aspiranturada oxuduğum illərlə bağlı bir epizod yadıma düşdü. 1990-cı illərin əvvəli, Qaydarın islahatlarının ən qızğın vaxtıdır. Mağazaların piştaxtaları boşdur, ərzaq mağazalarına növbələrin uzunluğu bəlkə kilometrə çatır, yarım kömbə qara çörək üçün dava-dalaş düşür. Yox, mən mübaliğə etmirəm - bütün bunlar mənim gözümün qabağında baş verib. Haradansa təxminən 300 qram mal əti tapmışdım - qastronom müdiri olan tanışımın bütün ailəsinin okeanın o tayına və ya İsrailə (burasını dəqiq xatırlamıram) mühacirət etməsi üçün zəruri olan bir mühüm sənədi ingilis dilinə tərcümə etməyimə görə mənə qonorar kimi vermişdi - onu beş ədəd kartofla qızartdım. Qızardılmış mal ətinin və kartofun ətri Moskva Dövlət Universitetinin Vorobyovı Qorıdakı yataqxanasının dəhlizini bürümüşdü. Birdən qapı döyüldü, daim ac-yalavac olan hindistanlı kurs yoldaşım otağa daxil oldu. Soruşdu: “Nə qızardırsan?” Dedim: “Siz indusların dininə görə haram sayılan şeydir - mal əti”. O, başını qaşıdı və dedi: “Sən mənə de ki, bu, mal əti deyil”. “Bəs, nədir?”, - deyə təəccübləndim. “De ki, bu, balıq və ya hind toyuğudur, amma bərkdən de ki, sənin qışqırmağından qorxum və inanım”.

Nə isə, onu inandırdım ki, mal əti - quş ətidir. O da onlardan ötrü qadağan olunmuş qidanı məmnuniyyətlə çeynəyərək, induizmin bütün normalarını sevinclə pozdu.

Bizim başabəla qonşularımız da belədir. 1915-ci ildə baş verənlərin soyqırımı deyil, şəxsi rəy olmasını hətta Avropa İnsan Haqları Məhkəməsi də öz verdiktində müəyyən edib. Amma ermənilərə desən ki, bu, “soyqırımı”dır, onlar rahatlanacaq, bəzən də şənlənəcəklər. Onlar bu sözü xoşlayırlar. Bu, bir növ soyqırımı filiyasıdır.

Lakin elə şeylər də var ki, onların heç xoşuna gəlmir. Məsələn, “dəhliz” sözü. Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” frazasını deyən kimi, ermənilər arasında isterika başlayır. Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu günlərdə dedi ki, Rusiyada bu yolu “marşrut” adlandırırlar, ermənilər dərhal sakitləşdilər.

Yaxşı, “marşrut” deyirsiniz, “marşrut” olsun. Siz “marşrut” deyin, biz - “dəhliz”. Bununla nə dəyişəcək, axı əhəmiyyətli olan söz deyil, onun mahiyyətidir.

İstəyirsiniz onu ümumiyyətlə heç cür adlandırmayaq. Bu sözə çatanda gözümüzü qırpaq. Oldumu?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir