Ermənistan koronavirus məngənəsində boğulur
Tbilisi, 9 noyabr, AZƏRTAC
Ermənistan koronavirus məngənəsində boğulur. Səhiyyə işçiləri və iqtisadçılar bu ölkədə vəziyyətin dözülməz həddə çatdığını bildirirlər.
Hazırda Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 107 min 466-ya çatıb. Onların da 1042-si son 24 saat ərzində koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi yayıb.
Bildirilir ki, ölkədə pandemiya qurbanlarının sayı daha 21 nəfər artaraq 1580-ə yüksəlib. Digər səbəblərdən dünyasını dəyişən koronovirus xəstələrinin də sayı artaraq 407 olub.
Hazırda Ermənistanda 40 min 569 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]