Ermənistan ordusu mənəvi və döyüş hazırlığı baxımından tam düşkün vəziyyətdədir
Bakı, 21 yanvar, AZƏRTAC
Ermənistandakı son hadisələr göstərir ki, onlar cəbhədə müvəffəqiyyət qazana bilmədiklərindən dezinformasiya xarakterli məlumatlar yaymaqla Azərbaycan tərəfini informasiya mübarizəsinə çəkməyə çalışırlar. Oradakı hərc-mərclik, ordudakı döyüş və qeyri-döyüş itkilərinin sayının çoxalması işğalçı dövlətin hərbi-siyasi rejimi rəhbərliyinin imicinə sarsıdıcı zərbə vurmaqla yanaşı, onların psixoloji tarazlığını pozur və əsəblərini tarıma çəkir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cür vəziyyət Ermənistanın hərbi komandanlığının özünü qeyri-adekvat aparmasına səbəb olur. Onların cəbhədəki vəziyyəti xeyirlərinə dəyişmək məqsədilə tələskən, səhv qərarlar verərək uğursuz kəşfiyyat-təxribat əməliyyatları keçirməyə cəhd göstərməsinə və bununla da mənasız itkilərin sayının artmasına şərait yaradır.
Düşmən tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək cəbhədə yalnız Ermənistan silahlı qüvvələrinin 8 hərbi qulluqçusu məhv edilib, 4-ü isə ağır yaralanıb. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmən açıqlananlardan ən azı iki-üç dəfə çoxdur.
Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]