ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 25-də saat 8.05-dən 23.25-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi, Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndi sahəsindəki mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli, Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kəndləri sahəsindəki mövqelərini, saat 23.25-dən 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 19.20-dən mayın 26-sı saat 00.30-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]