Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artır
Tbilisi 29 oktyabr, AZƏRTAC
Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım qeydə alınıb. Son sutka ərzində ölkədə daha 2 min 383 nəfərdə koronavirus təsdiqlənib, 29 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 85 034-ə, pandemiya qurbanlarının sayı isə 1272-ə çatıb.
Hazırda Ermənistanda 28 min 548 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]