Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Tbilisi, 3 fevral, AZƏRTAC
Ermənistandakı “Qurtuluş hərəkatı”nın üzvləri parlamentin binası qarşısında baş nazir Nikol Paşinyanın istefası, parlamentdə məhkəmələr və hakimlərə dair qanuna təklif olunan dəyişikliklərin müzakirəsinin dayandırılması tələbi ilə etiraz aksiyası keçirirlər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları parlament binasının qarşısında müxtəlif deputatların, o cümlədən Ermənistanın “Mənim addımım” partiyasını təmsil edən deputatların portretlərini yayıblar. Onlar bu yolla “Mənim addımım” partiyasından olan deputatlara da etirazlarını bildiriblər.
Aksiya iştirakçıları paytaxt İrəvanın Maştost prospekti ilə Respublika meydanına doğru yürüş ediblər.
Polislə aksiya iştirakçıları arasında qısa qarşıdurmalar olub, bir neçə nəfər saxlanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi