Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir
Bakı, 23 sentyabr, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda, eləcə də ölkənin digər iri şəhərləri olan Gümrü və Vanadzorda etiraz aksiyaları keçirilir.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, polis İrəvandakı hökumət binasının yaxınlığında etirazçıları sərt şəkildə saxlamağa başlayıb, onlara qarşı güc tətbiq edilib. Magistral yollardan birini bağlayan nümayişçilər polis tərəfindən döyülüb.
Bu arada Ermənistan İstintaq Komitəsi bildirib ki, kütləvi iğtişaşlarda iştirak, kütləvi iğtişaşlara çağırış, xuliqanlıq, vəzifəli şəxsin fəaliyyətinə mane olmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qeyri-qanuni odlu silah gəzdirmək ittihamları ilə 49 nəfərə qarşı cinayət işi açılıb.
Sentyabrın 19-da Ermənistanda baş nazirin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması üzrə fəaliyyətləri əlaqələndirmək üçün milli komitə yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]