Ermənistanın müharibə cinayətləri: məktəblər və uşaq bağçaları hədəfə alınır FOTO
Ağdam, 8 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin oktyabrın 8-də rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində evlərə, elektrik və qaz təsərrüfatı ilə yanaşı, 1 orta məktəb, 1 musiqi məktəbi və 1 sahə xəstəxanasına da ziyan dəyib.
Ümumilikdə, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində sentyabrın 27-dən indiyədək rayon üzrə 10 orta məktəb, 2 musiqi məktəbi, 2 uşaq bağçası və 1 sahə xəstəxanasına ziyan dəyib.