Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ertəsi gün Zəfər müjdəli müharibə başlandı

Ertəsi gün Zəfər müjdəli müharibə başlandı

Bakı, 21 sentyabr, AZƏRTAC

Ertəsi gün müharibə başlandı. Cəmi bir gün əvvəl adamların çoxu bilmirdi ki, həmin SABAHKI GÜNÜN ardınca Qarabağın erməni işğalçılarından azad edilməsi naminə çoxdan gözlənilən Vətən Müharibəsi başlanacaq, lap tezliklə regionda ərazi balansı əsaslı şəkildə dəyişəcək, siyasi koordinat sistemi yenidən qurulacaq, dünyanın böyük dövlətlərində Azərbaycanın hərbi-strateji təcrübəsini öyrənəcəklər. Sıravi vətəndaşlardan kimin ağlına gələrdi ki, cəmi 44 gündən sonra YENİ REALLIQ BAŞLANACAQ! SON 207 İLDƏ İLK DƏFƏ BİZ ÖZ ƏRAZİLƏRİMİZİ İTİRMƏDİK, ONLARI BƏRPA ETDİK. Xilaskar Prezident bütün dünyaya müraciətlə inamla bəyan etdi: “Heç bir status yoxdur! Status cəhənnəm oldu! Dağlıq Qarabağ yoxdur! Azərbaycanın inzibati rayonları var!”

AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənovanın məqaləsində bu məsələlərdən bəhs edilir.

AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

Hələ sentyabrın 26-da və məşəqqətlərlə dolu 30 il ərzində bütün əvvəlki günlərdə, həftələrdə, aylarda, illərdə bütün Azərbaycan xalqı başqa reallıqda - əzəli Azərbaycan torpaqlarının 20 faizinin itirilməsini kədərli bir reallığa çevirmiş iri dövlətlərin və ermənipərəst beynəlxalq mərkəzlərin, ATƏT-in Minsk qrupunun təzyiqi altında yaşayırdı. Lakin dövlətimizin başçısının qətiyyəti bizə inam verirdi. O, bütün uca beynəlxalq tribunalardan qətiyyətlə bəyan edirdi ki, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Belə də oldu. O, haqlı olaraq beynəlxalq hüququn əsas prinsipinə - ölkənin ərazi bütövlüyünə riayət edilməsi prinsipinə istinad etdi. Prezidentin sarsılmaz mövqeyi ictimai mənlik şüurunun möhkəm pozitiv təməlini yaratdı. Bu mənəvi təmələ güvənən Azərbaycan əsgəri işğaldan azad edilmiş Füzulidən başlayaraq, keçilməz dağları aşaraq, Zəfər yolunu açdı və Şuşa qalasını aldı.

Ermənilərin təxribatlarına qarşı Azərbaycan ordusunun əks-hücum əməliyyatının lap əvvəlində aşkar görünürdü ki, düşmən fiaskoya uğrayacaq. 2020-ci il oktyabr və noyabr aylarının təqvimlərində ordumuzun qələbə günləri bütün dünya azərbaycanlılarının qəlbini qürur hissi ilə doldururdu. Artıq sentyabrın 27-də Füzuli və Cəbrayıl rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətindəki yüksəkliklər, oktyabrın 3-də Tərtər, Cəbrayıl və Füzuli rayonlarının 8 kəndi, oktyabrın 4-5-də Cəbrayıl şəhəri və yaxınlıqdakı 12 kənd, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və yaxınlıqdakı 8 kənd azad edildi. Oktyabrın 14-dən 23-dək hər gün ordumuzun qələbə marşı barədə xəbərlər səslənirdi, Füzuli və Zəngilan şəhərləri, onlarca kənd azad edildi, Xudafərin körpüsü üzərində güclü və sarsılmaz Azərbaycanın bayrağı ucaldıldı. Bunun ardınca oktyabrın 25, 26, 28 və 30-da o vaxta qədər işğal altında qalan Qubadlı şəhəri və onlarca kənd azad edildi. Noyabrın əvvəlində Azərbaycan ordusu 100-dən çox kəndi öz qanuni sahiblərinə qaytardı, noyabrın 8-də müqəddəs Şuşa azad edildi. Beləliklə, BMT-nin dörd məlum qətnaməsini Azərbaycan özü həyata keçirdi. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin qorunub saxlanması üçün öz konstitusion hüququndan istifadə etdi.

Azərbaycanın qələbəsi erməni hərbçilərini Ağdam, Laçın və Kəlbəcər rayonlarını siyasi yolla qaytarmağa məcbur edəndə, biz yeni reallığı daha aydın dərk etdik. O vaxt hamı Azərbaycanın Ali Baş Komandanın dəmir yumruğunun gücünə qəti inandı.

Dövlət başçısının öz çıxışlarında vurğuladığı kimi, “bu reallığı biz yaratdıq, Azərbaycan xalqı yaratdı. Biz əzmkarlıq, güc göstərdik. Bəli, biz gözləyirdik. Həyat göstərdi ki, ən düzgün məqam seçilib”.

Yeni reallığın mahiyyəti təkcə Azərbaycanın dünyada nüfuzunun qat-qat artmasından ibarət deyil. Azərbaycan ən uğurlu dövlətlər sırasında birinci yerdədir, çünki biz XXI əsrdə öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkə kimi məşhurlaşdıq. Bizim qurucu gücümüz, konstruktiv novasiyalara istiqamətlənməyimiz işğaldan azad edilmiş ərazilərdə həyatın dinamikasının dəyişməsinə dəlalət edir. Zəfər anı gəlib yetişəndən sonra sanki zaman da sürətlənib.

Erməni işğalçılar 30 il ərzində bu əraziləri qarət edir və dağıdırdı, biz isə qururuq, yeni həyat yaradırıq. Burada qeyri-adi heç nə yoxdur, çünki bu torpağın əzəli sahibləri bizik. Biz bu torpağı şumlayacaq, əkəcək və dirçəldəcəyik. Bu baxımdan, biz çoxkonfessiyalı və polietnik siyasi millətin sıx birliyinin təməli olan çoxəsrlik ənənələri, milli-mənəvi bütövlüyü əsas götürürük.

Söhbət eyni bir dövlətə mənsub olmasına görə sıx birləşmiş və mövcud hakimiyyəti ÖZÜNÜN hakimiyyəti kimi, onun mənafelərini tam ifadə edən hakimiyyət kimi tanıyan millətdən gedir. Xalq ilə iqtidarın birliyi, 50 siyasi partiyanın Azərbaycan Prezidenti ətrafında birləşməsi, qoşulmama hərəkatının üzvü olan ölkələrin qəti dəstəyi, bunun sayəsində Fransanın Qarabağ barədə planının BMT-də fiaskoya uğraması - bütün bunlar və ordu quruculuğu Azərbaycanın qələbəsini şərtləndirib.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yol vasitəsilə birləşdirilməsinə yönəlmiş tarixi addım və müharibədən sonrakı bərpa çərçivəsində 14 iqtisadi rayon yaradılması yeni reallığın dominantıdır. İndi, ölkəmiz yeni eraya qədəm qoyduğu bir vaxtda haqlı olaraq siyasi gündəliyin əsas tezislərindən biri səslənir: ŞƏRQİ ZƏNGƏZUR AZƏRBAYCANDIR!

Azərbaycanın Zəfər ruhu müharibənin statistikasında da özünü göstərir: 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr savaş meydanında, şəhidlərimizin həyatı bahasına və ordumuzun rəşadəti sayəsində azad edilib.

Hər yerdə, Azərbaycanın hər bir guşəsində misilsiz qəhrəmanlıq salnaməsi yazılır. Şəhidlərin nurlu xatirəsi daim qəlbimizdədir. Birinci Qarabağ müharibəsində Azərbaycanın 12 mindən çox hərbi qulluqçusu şəhid olub, 4 minə yaxın insan itkin düşüb, İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Yeni dünya nizamı uğrunda, Qafqazda sülh uğrunda döyüşlər belə baha başa gəlib. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli sərəncamı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əlavələr haqqında Prezidentin 2021-ci il 17 iyun tarixli fərmanı, Ramanıda şəhid ailələri və müharibə əlilləri üçün 30 binadan, yeni məktəb və uşaq bağçasında ibarət yaşayış kompleksi, Şağan qəsəbəsində bərpa mərkəzi, 9 mindən çox şəhid ailəsinin və qazilərin dövlət hesabına mənzillərlə təmin edilməsi, müharibə əlillərinə 7 mindən çox avtomobil verilməsi - bütün bunlar Azərbaycanın bu sahədə də dünya miqyasında qabaqcıl mövqeyini müəyyən edib.

Azərbaycan müharibəni başlamayıb, lakin onu layiqli şəkildə, sülhməramlı çağırışla, qurucu sabitliklə başa çatdırıb. Bu gün müzəffər ordumuzun yazdığı tarix firavanlaşma, regionda davamlı və uzunmüddətli sülh və təhlükəsizlik yolunu seçmiş Azərbaycan üçün möhkəm təməldir.

Xoşbəxtlikdən, sabah artıq müharibə başlamayacaq, çünki Zəfər bizi yeni eraya - işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası erasına yaxınlaşdırıb. 27 sentyabr günü Azərbaycanın ən yeni tarixinə Anım Günü kimi həmişəlik daxil olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib