Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri"nə start verilib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri”nə start verilib.
AZƏRTAC xəbər verir ki, yarış AFFA-nın, “Sahə Futbol Federasiyaları” İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunan yarışın birinci turunun oyunları məhsuldar nəticələrlə yadda qalıb. “Zirvə” komandası “Ümid”in qapısından 9 top keçirib. “Şimşək” - “Birlik” oyununda isə qalib müəyyənləşməyib - 5:5.