Əsrin fəlakəti: Türkiyədə zəlzələ qurbanlarının sayı 31 min 643 nəfərə çatıb - YENİLƏNİB
Bakı, 13 fevral, AZƏRTAC
Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində 31 min 643 nəfərin həlak olduğu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Türkiyə vaxtı ilə bu gün saat 10:55-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
AFAD-ın məlumatına görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 2 min 724 afterşok qeydə alınıb. Hazırda zəlzələ bölgəsində 35 min 495 xilasedici olmaqla, 238 mindən çox personal fəaliyyət göstərir. Təbii fəlakətdən zərər çəkən 158 min 165 nəfər digər vilayətlərə təxliyə olunub.
Axtarış-xilasetmə əməliyyatları zəlzələnin 8-ci günündə də davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]