ESTONİYA ÖLKƏYƏ GƏLMƏK QAYDALARINI SADƏLƏŞDİRMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Estoniya parlamenti Avropa İttifaqına daxil olmayan dövlətlərin sakinlərinin ölkəyə gəlmək qaydalarını sadələşdirmişdir. Estoniya deputatlarının qərarına əsasən, turizm və əyləncə məqsədi ilə 5 gün müddətinə Estoniyaya gəlmək istəyənlər üçün indən belə bu ölkədəki qohumlarından və dostlarından dəvət almaq lazım gəlməyəcəkdir. Onlar yalnız turizm, yaxud əyləncə məqsədi ilə səfər etdiklərini təsdiqləməlidirlər. Bunun üçün turizm firmasının çeki, yaxud mehmanxanada yer götürüldüyünü təsdiqləyən sənəd, konsert tədbirlərinə, yaxud idman yarışlarına biletləri təqdim etmək kifayətdir. Zərurət olduqda nağd pul vəsaitini təsdiqləmək də lazım gələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]