Estoniyada 17 nəfərə koronavirus diaqnozu qoyulub
Tallinn, 12 mart, AZƏRTAC
Estoniya Səhiyyə Departamenti daha dörd ölkə vətəndaşının koronavirus infeksiyasına yoluxma faktını qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxmuş insanların ümumi sayı 17 nəfərə çatıb.
Estoniya Səhiyyə Departamenti cümə axşamı məlumat verib ki, koronavirus diaqnozu qoyulan sonuncu pasiyent İtaliyadan qayıdıb.
Departamentdən verilən məlumata görə, Tartu sakini Milandan təyyarə ilə Riqaya gəlib və şəxsi avtomobilində evə qayıdıb. Departament hazırda onun kiminlə təmasda olduğunu aydınlaşdırır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]