Estoniyada elektrik enerjisinin orta qiyməti ən yüksək həddə çatacaq
Tallin, 11 fevral, AZƏRTAC
Avropanın “Nord Pool” enerji birjasının məlumatına görə, Estoniyada bu gündən elektrik enerjisinin orta qiyməti cari ildə ən yüksək həddə çatacaq (1 meqavat/saat üçün təxminən 100 avro).
AZƏRTAC Estoniyanın “Postimees” saytına istinadla xəbər verir ki, bununla bərabər səhər saatlarında daha yüksək məbləğdə ödəniş etmək lazım gələcək.
Bildirilib ki, havanın qəfil soyuması elektrik enerjisi qiymətinin artmasına və bir meqavat/saat üçün orta sutkalıq qiymətin 73,59 avrodan 99,72 avroyadək yüksəlməsinə səbəb olub.
Qeyd edilib ki, eyni qiymət artımı Finlandiya, Latviya və Litvada da qüvvədə olacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]