ESTONİYADA PREZİDENT SEÇKİLƏRİ AVQUSTUN 28-NƏ TƏYİN OLUNMUŞDUR
Estoniyada dövlət başçısını parlament seçir. Qanuna görə, ali dövlət vəzifəsinə namizəd deputatların səslərinin azı üçdə ikisini toplamalıdır. Birpalatalı Estoniya parlamentində 101 deputat var. Namizədlərdən heç biri kifayət qədər səs toplaya bilməsə, dövlət başçısının seçimi məsələsi seçkiçilər kollegiyasına keçir. Kollegiya deputatlardan və yerli özünüidarə orqanlarının 367 nümayəndəsindən ibarətdir.
A.Rüytel seçkilərdə iştirakını istisna etmir, lakin namizədliyini parlament yeni dövlət başçısı seçə bilmədiyi halda irəli sürmək niyyətindədir.
Müşahidəçilərin fikrincə, gələcək seçkilərin favoriti Avropa Parlamentinin deputatı Toomas Hendrik İlvesdir. Sabiq ABŞ vətəndaşının və “Azad Avropa” radiosunun Estoniya redaksiyasının başçısı İlvesin namizədliyini müxalifət nümayəndələri irəli sürmüşlər və Baş nazir Andrus Ansip başda olmaqla, İslahatlar Partiyası onu dəstəkləyir.