ESTONİYALI UŞAQLARA PİVƏ İÇMƏK QADAĞAN OLUNACAQ
Hazırda 18 yaşına çatmamış yeniyetmə alkoqollu içkiləri aldığına və qəbul etdiyinə görə cəzalandırıla bilər. Mühafizə polisinin böyük komissarı Siyri Parts deyir: Lakin bu cür ifadə, hər halda, yetkinlik yaşına çatmayanlara alkoqollu içkiləri əldə etmək imkanı verir.
Əlində pivə butulkası tutulan yeniyetmə, bir qayda olaraq, inandırmağa çalışır ki, bu şüşə, əslində, ona yox, başqa bir adama məxsusdur, yaxud, məsələn, butulkanı haradasa tapmışdır. Bundan sonra polisə yalnız pivəni yeniyetmənin əlindən almaq və onu buraxmaq qalır.
Qanuna düzəliş yetkinlik yaşına çatmayanları alkoqollu içkilərə malik olmaq hüququndan qəti sürətdə məhrum edir, bu isə o deməkdir ki, onlara hətta özgələrin alkoqollu içkilərini əlində saxlamaq qadağan ediləcəkdir.
Xatırladaq ki, düzəlişlərə əsasən, gecə vaxtı-saat 23-dən 8-dək spirtli içkilər satışını da qadağan etmək təklif olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]