Etibar Quliyev: Müşahidə apardığımız məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmayıb
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri olaraq Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Tbilisidə səfərdəyik. Müşahidələrimiz zamanı seçkilərin yaxşı təşkil edildiyinin, seçki komissiyalarının peşəkarlığının şahidi olduq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan MSK-nın üzvü Etibar Quliyev deyib.
Azərbaycanla Gürcüstanın ali seçki qurumları arasında uzunmüddətli səmərəli əməkdaşlığın olduğunu vurğulayan MSK üzvünün sözlərinə görə, Gürcüstan MSK ölkədə seçkilərin yüksək səviyyədə, azad və şəffaf keçirilməsi üçün lazımi addımları atıb.
E.Quliyev deyib: "Bu gün səhər saatlarından beynəlxalq müşahidə missiyasının tərkibində bir sıra seçki məntəqələrində olduq və səsvermənin gedişini izlədik. Seçici fəallığı müşahidə olunur. Bu vaxta qədər müşahidə apardığımız məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmayıb".
O bildirib ki, gün ərzində paytaxt Tbilisi ilə yanaşı, Mtsxetada da səsvermənin gedişini izləyəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]