Ətraf mühitin problemlərinə həsr edilmiş elmi konfransın materialları çap olunub
Bakı, 9 mart, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən tələbə, magistr və doktorantlar (dissertantlar) arasında keçirilən “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda elmi-praktik konfransın materialları çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransın materialları çap olunduqdan sonra iştirakçılara təqdim edilib. Elm Gününə həsr olunan belə elmi-praktik konfransların təşkili ölkəmizdə savadlı, yüksəkixtisaslı gənclərin yetişməsində, onların elmə cəlb olunmasında, potensiallarının üzə çıxarılmasında, aqrar və digər sahələrin inkişafında böyük əhəmiyyət daşıyır.
Xatırladaq ki, ötən il iyunun 17-də onlayn formatda keçirilmiş konfransa 53 tezis qəbul olunub və bu mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]
BDU-da ikili diplom proqramının tələbələri ilə görüş olub
- 08.10.2026 [13:07]