“Ətraf mühitin qorunmasında gənclərin rolu” yay düşərgəsinə hazırlıq görülür
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu (AESMF) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ətraf mühitin qorunmasında gənclərin rolu” adlı yay düşərgəsi layihəsinin hazırlıq hissəsinə başlamışdır.
AESMF-dən AZƏRTAC-a bildirmişlər ki, məqsəd gənclər arasında ekoloji maarifləndirmə işi aparmaqdır. Layihəyə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarından 25 gənc cəlb olunacaqdır. İyulun 21-dən 24-dək Bərdə rayonu ərazisindəki Tuqay meşələrində onlara “Ekologiya”, “Ekoloji problemlər və onların həlli”, “Kür çayı: onun flora və faunası”, “Qlobal istiləşmə və iqlim dəyişikliyi”, “Kioto protokolu və Kopenhagen sammiti”, “Ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi” Azərbaycan Respublikasının Qanunu, “Dünyada fəaliyyət göstərən ekoloji forumlar və şəbəkələr” mövzularında təlimlər və ekspertlərin təqdimatı keçiriləcəkdir.
Gənclər Bərdə şəhərinə ekskursiya edəcək, meşə ərazisində təmizlik aparacaqlar.
Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.
Ərizə formasını doldurub iyulun 10-dək [email protected] ünvanına göndərməklə düşərgədə iştirak etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]