ETSN: Meşə yanğınlarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür
Bakı, 12 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyi ilə birgə tərtib edilmiş tədbirlər planına uyğun olaraq meşə mühafizə mühəndisləri, meşəbəyləri və yanğın keşikçiləri üçün təlimlər keçirilib. Təhlükə gözlənilən ərazilərdə 658 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib. Əvvəlki illərdə çəkilmiş 563 kilometr köhnə zolaqlar isə təmir edilib. Həmçinin meşə yanğınlarına qarşı 79 hektar sahədə budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçilik sistemi təşkil edilib, o cümlədən yerlərdə taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət olunmasına dair fermer və torpaq mülkiyyətçiləri ilə izahat işləri aparılıb, ərazilərdə maarifləndirici lövhələr quraşdırılıb.
ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini meşələrdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:54]
Sabah paytaxtda 32, bəzi yerlərdə isə 33 dərəcə isti olacaq
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]