“Euractiv”: Macarıstan Azərbaycanı dəstəkləyib
Brüssel, 2 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağda gərginləşən qarşıdurmada Macarıstanın mövqeyi Azərbaycanı dəstəkləməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının “Euractiv” internet-nəşri yazır.
Nəşrdə bildirilir ki, Macarıstan XİN-in bəyanatında deyilir: “Sakinləri arasında ermənilərin sayca üstünlük təşkil etdiyi Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri hüdudunda yerləşir və Macarıstan beynəlxalq hüququn ümumi prinsipi kimi dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.
İnternet-portalda Macarıstan XİN-in bəyanatından “Macarıstan Ermənistan-Azərbaycan münaqişəsinin genişləndiyi zonada gərginliyin azaldılmasına və münaqişənin ATƏT-in Minsk qrupu formatı çərçivəsində danışıqlar yolu ilə həllinə çağırır” sözlərini sitat gətirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]