Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi açıqlanıb
Bakı, 29 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi açıqlanıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı keçiriləcək.
Həmin tarixdə, həmçinin ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan, eləcə də eksternat qaydasında buraxılış imtahanı olacaq.
Bundan başqa, gələn il mayın 5-də isə əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]