Əzizağa Qənizadə: David Tonoyanın sonuncu açıqlaması Ermənistan işğalçı dövlət olduğunu bir daha təsdiqləyir
Bakı, 28 fevral, AZƏRTAC
Xocalı şəhərində 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsi, 1275 nəfərin əsir götürülməsi, 150 nəfərin itkin düşməsi ilə nəticələnən soyqırımı qurbanlarının xatirəsinin anıldığı günlərdə Ermənistanın müdafiə naziri David Tonoyanın sonuncu açıqlaması onun genosid və faşizm ideyasından əl çəkmədiyini göstərən növbəti faktdır.
Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsinə münasibət bildirən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə AZƏRTAC-a açıqlamasında deyib.
Ə.Qənizadə bildirib ki, D.Tonoyan müsahibəsində “hücum strategiyası” ifadəsini işlətməklə Ermənistan işğalçı dövlət olduğunu təsdiq edir. Amma D.Tonoyan unutmamalıdır ki, 27 il əvvəl tələsik təşkil edilmiş ordudan əsər-əlamət yoxdur. Bugünkü Azərbaycan Ordusu ən son texnologiya və ən yeni silahlarla təchiz olunmuş, yüksək döyüş əzmi və qarşıya qoyulan bütün tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadir olan ordudur.
“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarına geri qayıtması qaçılmazdır. Azərbaycan bu problemin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Əks halda əldə silah torpaqlarımızı döyüşərək işğaldan azad edəcəyik. Azərbaycan Ordusunun bunu etmək gücündə olduğunu hər bir kəs bilməlidir”, - deyə Ə.Qənizadə bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 10.06.2026 [18:17]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [15:21]
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim
- 10.06.2026 [12:15]
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]