ƏZİZBƏYOV RAYONUNDA HEYDƏR ƏLİYEV LEKTORİYASI AÇILMIŞDIR
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda olmuş, ümummilli liderimizin məzarı önünə əklil qoymuş, ruhuna dualar oxumuşlar.
Dahi rəhbərimizin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra YAP Əzizbəyov rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Namiq Əhmədov “dəyirmi masa”nı giriş sözü ilə açaraq, Heydər Əliyevin xilaskarlıq missiyasından danışmış, onun yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin araşdırılaraq gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin dühasi ilə yaradılaraq, Azərbaycan cəmiyyətində özünə layiqli yer tutan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin, lakin şərəfli tarixi yoldan bəhs etmişlər.
“Dəyirmi masa”dan sonra uşaqların əl işlərindən ibarət sərgi açılmışdır. Dahi rəhbərimiz Heydər Əliyevin həyat və fəaliyyətinə aid məqamların sərgidəki işlər arasında çoxluq təşkil etməsi onun xalqımızın ürəyində əbədi yer tutmasına daha bir sübutdur.
Həmin gün rayon idmançılarının iştirakı ilə sambo və futbol yarışları da keçirilmişdir.
Sərgidə və yarışda fərqlənənlərə pul mükafatı, diplomlar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]