Faiq Quliyev: Regionda yeni dövr başlayıb
Tbilisi, 5 noyabr, AZƏRTAC
Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdikdən sonra regionda yeni dövr başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zəfər bayramına həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı söyləyib.
Səfir deyib ki, bu günlərdə Füzuli Beynəlxalq Aeroportunun açılış mərasimi olub. Hazırda daha bir neçə regional əhəmiyyətli infrastruktur layihəsi üzərində iş aparılır. Yeni beynəlxalq əhəmiyyətli yollar çəkilir, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri görülür. Bütün bunlar, təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafında mühüm rol oynayacaq.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu tədbirlərdə iştirakı, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin beynəlxalq kürsüdən Azərbaycanı müdafiə etməsi bizi daha da yaxınlaşdırır, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə zəmin yaradır.
“Əminliklə deyə bilərəm ki, regionda yeni dövr başlayıb və inkişaf üçün geniş imkanlar yaranıb”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]
Pakistan Müstəqillik Gününü qeyd edir
Siyəzəndə restoran yanıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib
- 16.08.2026 [23:51]
Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır
- 16.08.2026 [23:29]
Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib
- 16.08.2026 [23:19]