Faktiki hava: Ölkə ərazisində müşahidə olunan küləyin sürəti zəifləyib
Bakı, 6 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 6-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi 6-da gecə saatlarından 8-13 metr/saniyəyədək zəifləyib. Dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb. Lənkəran-Astara zonasında intensiv olub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 20, Astarada 10, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 1 millimetrədək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:31]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [17:03]