CƏMİYYƏT
Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 13 mart, AZƏRTAC
Martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.07.2024 [13:45]
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
- 04.07.2024 [13:31]
Türkiyədə "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilib
- 04.07.2024 [13:27]
DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib
- 04.07.2024 [12:23]
Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiası araşdırılıb
- 04.07.2024 [11:40]