FƏLƏSTİN FİLMİNİ NECƏ TƏQDİM ETMƏYİ BİLMİRLƏR
“Cənnət bu gündür” “xarici dildə ən yaxşı film” nominantında mükafata namizədlərdən biridir.
Nominantların yanvarın 31-də açıqlanmış siyahısında “Cənnət bu gündür” Fələstin Muxtariyyətinin filmi kimi təqdim olunmuşdur, lakin “Oskar” mükafatının rəsmi saytında filmin təmsil etdiyi ölkə kimi Fələstin göstərilmişdir.
İsrail hökumətinin və ABŞ-ın yəhudi ictimai təşkilatlarının fikrincə, saytdakı məlumat həqiqətə uyğun deyildir, çünki Fələstin adlı dövlət yoxdur. Onlar təkid edirlər ki, “Oskar” mükafatlarının martın 5-nə planlaşdırılan təntənəli təqdimat mərasimində “Cənnət bu gündür” Fələstin Muxtariyyətindən olan film kimi elan olunsun.
Lakin Təşkilat Komitəsinin nümayəndələri onların tələbinin nəzərə alınıb-alınmayacağını hələlik açıqlamamışlar. Mərasimin təşkilatçılarından biri demişdir ki, bu filmin necə elan olunacağı barədə hələ qərar qəbul edilməyibdir. O vurğulamışdır ki, nə İsrail diplomatları, nə də yəhudi təşkilatlarının nümayəndələri Təşkilat Komitəsi ilə əlaqə saxlamamış və öz iddialarını bildirməmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]