CƏMİYYƏT
Femida könüllüləri 21 məhkəmədə fəaliyyət göstərəcəklər
![](/files/galleryphoto/2024/1/1200x630/17059962643179738571_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17059962645944253018_1200x630.jpg)
Bakı, 23 yanvar, AZƏRTAC
Femida könüllüsü olmaq istəyən gənclər artıq 21 müxtəlif instansiya məhkəmələri arasından seçim edə biləcəklər.
Bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib. Belə ki, 2023-cü ilin sentyabrından 10 məhkəmədə fəaliyyət göstərən könüllü qrupları fevraldan etibarən aşağıda adları qeyd olunan 21 məhkəməni və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını əhatə edəcək:
1. Azərbaycan Respublikasının Ali Məhkəməsi;
2. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası;
3. Bakı Apellyasiya Məhkəməsi;
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi;
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi;
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi;
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi;
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi;
10. Bakı Ağır Cinayətlər Məhkəməsi;
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsi;
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsi;
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsi;
14. Bakı Kommersiya Məhkəməsi;
15. Bakı İnzibati Məhkəməsi;
16. Bakı Hərbi Məhkəməsi;
17. Abşeron Rayon Məhkəməsi;
18. Sumqayıt Apellyasiya Məhkəməsi;
19. Sumqayıt Şəhər Məhkəməsi;
20. Sumqayıt Kommersiya Məhkəməsi;
21. Sumqayıt İnzibati Məhkəməsi;
22. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi.
Qeyd edək ki, 2023-cü ilin sentyabr-dekabr aylarında müxtəlif qruplar üzrə ümumilikdə 134 nəfər hüquq təhsili alan gənc könüllük proqramından məzun olub.
Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün www.themis.az saytına keçid edə bilərsiniz.