“Fənərbağça”, “Qalatasaray” və TFF birgə açıqlama yayıblar - YENİLƏNİB
Bakı, 29 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanında bu gün “Qalatasaray” və “Fənərbağça” komandaları arasında oynanılması planlaşdırılan Türkiyə Superkuboku uğrunda oyun təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) və hər iki klubun yaydığı birgə bəyanatda bildirilib.
Qeyd olunub ki, təşkilatçılıqdakı bəzi çatışmazlıqlar səbəbindən klublarla birgə qəbul olunan ortaq qərar nəticəsində qarşılaşma başqa tarixə keçirilib.
“Superkubok matçının təşkilində indiyədək göstərdiyi səylərə görə ev sahibi ölkənin Futbol Federasiyasına və müvafiq qurumlara təşəkkür edirik”, - bəyanatda vurğulanıb.
22:42
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Qalatasaray”la “Fənərbaxça” arasında oynanılması gözlənilən “Turkcell Superkubok” matçı elan edilən saatda başlamayıb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, komandalar stadiona çıxmaqdan imtina ediblər. Ər-Riyaddakı oteldə Türkiyə Futbol Federasiyası rəhbərliyi və klub prezidentlərinin görüşü davam edir.
Türkiyə Futbol Federasiyasının və klubların rəsmi açıqlama verəcəyi gözlənilir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]