“Fənərbağça” serbiyalı müdafiəçi ilə anlaşıb
Bakı, 29 yanvar, AZƏRTAC
Türkiyənin "Fənərbağça" klubu yeni futbolçu ilə anlaşıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.
Brayt Osayi-Samuel ilə yeni müqavilə imzalaya bilməyən Superliqa təmsilçisi serbiyalı müdafiəçini heyətinə qatmağa hazırlaşır.
"Srvena Zvezda"nın yetirməsi olan 20 yaşlı sağ cinah oyunçusunun bazar dəyəri 4 milyon avrodur. O, müdafiənin sol və yarımmüdafiənin sağ cinahında da oynaya bilər.
Qeyd edək ki, Serbiya klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]