Fərid Abbasov: Ümid edirəm ki, təmsilçilərimiz Avropa çempionatını uğurla başa vuracaqlar
Bakı, 15 oktyabr, AZƏRTAC
Bu gün müxtəlif yaş qruplarında şahmat üzrə onlayn Avropa çempionatı start götürür. Şahmatçılarımız 8 yaşlılar istisna olmaqla, çempionatda 10, 12, 14, 16, 18, və 20 yaş qruplarında təmsil olunacaqlar. Qitə çempionatında Azərbaycan ən böyük heyətlə iştirak edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Fərid Abbasov deyib.
Qeyd edib ki, Azərbaycan ən güclü heyətlə iştirak etməsə də, komandada tanınmış şahmatçılar da var: “Onlardan müxtəlif yaş qruplarında dünya, Avropa çempionatlarının qalib və mükafatçıları - Murad İbrahimli, Cahandar Azadəliyev, Əhməd Xaqan, Yusif Kərimli, Ləman Hacıyeva, Dinarə Hüseynova, Səadət Bəşirli, Ayan Allahverdiyeva kimi güclü şahmatçıları misal çəkə bilərəm. Bir çox şahmatçılar müstəqil olaraq yarışa qatılıblar”.
F.Abbasov bildirib ki, şahmatçıların əksəriyyəti təcrübə qazanmaq üçün yarışda iştirak edəcəklər. Onların arasında yaxşı nəticə göstərəcək şahmatçılar da ola bilər.
Məşqçi oktyabrın 22-dək davam edəcək yarışda komandamızdan ümumilikdə yaxşı nəticələr gözlədiyini bildirib: “Pandemiya dövrünün çətinliklərinə baxmayaraq müəyyən tədbirlər və turnirlər vasitəsilə çalışmışıq ki, şahmatçılarımız idmandan ayrılmasınlar və mütəmadi məşqlərini davam etdirsinlər. Ümid edirəm ki, təmsilçilərimiz Avropa çempionatını uğurla başa vuracaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]