Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Mayılov: Peşəkar idmançı olmaq üçün iradə və dözümlülük çox vacibdir

Bakı, 7 iyul, AZƏRTAC

Ölkəmizdə idmanın digər növləri kimi, əlbəyaxa döyüş növləri də inkişaf edir. İdmanın bu növündə kifayət qədər peşəkar və perspektivli idmançılarımız var. Onlar Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edirlər.

Bu sözləri kunq-fu üzrə onikiqat Azərbaycan, ikiqat Avropa, altıqat dünya çempionu, Dünya Kubokunun ikiqat qalibi, məşqçi, Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki müfəttişliyi şöbəsinin dövlət avtomobil müfəttişi, polis kapitanı Fərid Mayılov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Həm məşqçi, həm də idmançı kimi fəaliyyət göstərməyin uğur qazanmaqda çətinlik yaratmadığını diqqətə çatdıran F.Mayılov bildirib ki, ən əsası insanın öz işini sevməsidir. Əgər sevgi və istək olarsa, insan qarşısına uğur əldə etmək üçün məqsəd qoyarsa bütün çətinlikləri aşmaq asandır: “Yetirmələrim hər il Avropa və dünya çempionatlarında, irimiqyaslı turnirlərdə uğurlu nəticələr əldə edirlər. Yetirməm Elçin Eminov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medal qazanıb. Yelena Vıstropova ikiqat Avropa çempionu adına sahib olub. Perspektivli yetirmələrimdən boksçu Elmir Novruzovun adını xüsusi vurğulamaq istərdim. Elmir oktyabrda Anapada gənclər arasında təşkil olunacaq Avropa birinciliyində gücünü sınayacaq. İnanıram ki, o da mükafatçılar sırasında yer alacaq”.

İdmançı kimi oktyabrda Çexiyada güc strukturlarının nümayəndələri arasında əlbəyaxa döyüş növləri üzrə dünya çempionatında iştirak edəcəyini vurğulayan F.Mayılov bildirib ki, yaxın günlərdə mundialın hazırlığına start veriləcək. Bir müddət əvvəl güc strukturlarının əməkdaşları arasında Azərbaycan çempionatında fəxri kürsüdə yer aldığını vurğulayan idmançı yarışda 80 kiloqram çəki dərəcəsində birinci yeri tutduğunu qeyd edib.

“Peşəkar idmançı olmaq üçün insanda iradə və dözümlülük çox vacibdir. İdmana sevgi də əsas göstəricilərdəndir. Əsl idmançı olmaq istəyən hər bir şəxs, ilk növbədə, nizam-intizama ciddi riayət etməlidir. Əgər bütün bu göstəricilər bir insanda cəmləşərsə onda uğur qazanmaq o qədər də çətin olmaz”, - deyə F.Mayılov əlavə edib.

Yaddaqalan döyüşlərindən danışan titullu idmançı Almaniyada kəmər uğrunda peşəkar görüşünün həyatında xüsusi yeri olduğunu deyib. Bildirib ki, həmin görüşdə belaruslu idmançını məğlub edərək kəmərə sahib oldum. Digər yadda qalan döyüşüm isə Bolqarıstanda olub. Finaladək inamla irəlilədim və həlledici görüşdə təəssüf ki, uduzdum. Məğlubiyyətə səbəb isə məndəki arxayınçılıq hissi idi.

Əvvəllər sambo və karate idman növləri ilə məşğul olduğunu qeyd edən F.Mayılov cüdoya marağının daim xüsusi maraq göstərdiyini bildirib. Qeyd edib ki, sambo və karate idman növlərinin fəndlərini uşu-sandada tətbiq edərək uğur qazanıb. Ona görə uşu-sanda idman növü onun üçün elə də çətin olmayıb. Əl-ayaqla mübarizə, güləş və karatenin vəhdəti əlbəyaxa döyüş növləri ilə məşğul olmaqda mühüm rol oynayıb.

“Polis olmaq nə qədər ağır olsa da, şərəfli peşədir. Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. İdman isə sağlam həyatın təmsilçisi və ölkəmizin tanıdılması istiqamətində mühüm göstəricidir. İdmançı olaraq beynəlxalq arenada üçrəngli bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək əsas amalımızdır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Prezidentin idmana dövlət qayğısı siyasətinə daim sadiq qalaraq idmançı polis əməkdaşlarına hər cür dəstəyi əsirgəməyən daxili işlər naziri, general-polkovnik Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova dərin minnətdarlığımı bildirirəm”, - deyə F.Mayılov qeyd edib.

İdmanın bu növü üzrə perspektivli atletlərdən Raul İsgəndərovu qeyd edən məşqçi bildirib: “Raul muay-tay idmanı ilə məşğul olur. Etiraf etməliyəm ki, onda özümü görürəm. Vaxt gələcək yaşla əlaqədar idmanla vidalaşmalı olacağam. İnanıram ki, Raul əzmkarlıq nümayiş etdirərək yeni uğurlar qazanacaq. Ölkə çempionatının qalibi olan Raul gələcəkdə dünya çempionu adını qazanaraq bizi sevindirəcək. Çünki muay-tay idmanı üzrə ölkəmizdə dünya çempionu yoxdur. Qızlar arasında isə Anaxanım Ağayevanın adını xüsusi vurğulamaq istərdim. Boks üzrə 51 kiloqram çəki dərəcəsində yığma komandanın əsas üzvü olan Anaxanım perspektivli idmançılarımızdandır”.

İdmanın sağlamlığın rəmzi olduğunu vurğulayan F.Mayılov deyib: “İdmanı atsam daha tez qocalacağımı düşünürəm. Hər bir insana idmanla məşğul olmağı tövsiyə edirəm. Qeyri-Olimpiya idman növündə bütün titulları qazanmışam. Övladlarımı da idmana yazdırmışam. Onlar basketbol idman növü ilə məşğul olurlar. Ən böyük arzum onların Azərbaycan millisində yer alması və ölkəmizin qələbə qazanmasında pay sahibi olmalarını görməkdir. Döyüş növləri çətin olduğu üçün valideynlər övladlarının idmanın bu növü ilə məşğul olmasına icazə vermir. Mənim döyüşçü olmağımda əmim və dayımın çox böyük rolu olub. Onların hər ikisi sambo üzrə SSRİ çempionu və idman ustası olub”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə Azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunub

Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub

Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib

Beyləqanda Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı monitorinq aparılıb

Cəlilabadda su xəttində qəza baş verib

Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub

Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur

NDU-da Naxçıvanın milyon illik təbiət tarixini yaşadan muzey yaradılıb

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Alyaskada güclü zəlzələ baş verib

Bu saata olan əsas xəbərlər

Kral III Çarlz süni intellektin yanlış əllərə keçməsi ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan və ABŞ şirkətləri son bir ildə 17 milyard dollarlıq sazişlər imzalayıb

Azərbaycanın multikultural mövqeyi türk-islam həmrəyliyinə daha geniş humanitar məzmun qazandıra bilər - ŞƏRH

DTX-nin rəisi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib

Azərbaycan tolerantlıqla bağlı özünəməxsus təcrübə formalaşdırıb – ŞƏRH

İsmayıllı rayonunda bir sıra fermer və sahibkar təsərrüfatlarına baxış keçirilib

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq YENİLƏNİB-2 VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

Politoloq: TDT xoasun hökm sürdüyü dünyaya ədalət çağırışı edən bir təşkilatdır VİDEO

AHİK könüllüləri Prezident Kitabxanasında olublar

Ermənistanın qarşıdurma ritorikasını davam etdirməsi yeni regional düzənin formalaşmasına zərər verə bilər - ŞƏRH

Zaqatala rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

AYNA: Ötən gün “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 mindən çox sərnişin istifadə edib

Türkiyə universitetlərində gələn ildən əcnəbi tələbələr üçün yeni imkanlar yaradılacaq

Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimatla çıxış edib

ASOSAI-nin toplantısında üzv ali audit orqanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri Ermənistanı niyə narahat edir?

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinə qeydiyyat elan edilib

Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

AQTA: Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Fransada hicabın mərhələli şəkildə qadağan olunması təklif edilib

Aqrar Sığorta Fondunun sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Hesablama Palatasında növbəti kollegiya iclası baş tutub

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

Dövlət Agentliyi: Kalibrləmə nəticələri "E-keyfiyyet" vasitəsilə rəsmiləşdirilməlidir

ADNSU-nun şöbə müdiri beynəlxalq “Stevie” mükafatı uğrunda finalçı seçilən ilk azərbaycanlı jurnalist olub

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan atletika millisinin məşqçilər heyətində

Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH

Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR

® ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edilib!

Mbappe “Qızıl top”un yenidən “Real Madrid”ə qayıtmasını istəyir

Ekspert: Yüksək neft qiymətlərinə baxmayaraq “qara qızıl”ın büdcə qiyməti sabit saxlanılır

ADPU-nun cari il məzunlarının 49 faizdən çoxu magistraturaya qəbul olunub

Səudiyyə Ərəbistanında vurulan PUA-nın qalıqlarının düşməsi nəticəsində 1 nəfər ölüb

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib YENİLƏNİB

ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi

Yaponiyada AES-in reaktorunun fəaliyyəti su sızmasına görə dayandırılacaq

“Fövqəladə hallar könüllüləri”nə sertifikatlar təqdim edilib

Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Siyəzən rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə baş tutub

Sabah Masallının iki kəndində qaz təchizatı dayandırılacaq

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib

TƏBİB: Pasiyent təhlükəsizliyi kompleks sistem vasitəsilə təmin olunur

Sanksiyalara baxmayaraq, Şimali koreyalı nazir Yaponiyaya səfər edib

Mustafa Mustafayev: “Dayının yuxusu” tamaşası üçün asan olmayan bir həll yolu tapmaq lazım idi

İran İsveç diplomatından ölkədən çıxmasını tələb edib

SOCAR ilə Özbəkistan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

İdxal olunan bitkitərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Rəşad Məcid: Nizami Gəncəvi dünya poeziyasına misilsiz töhfələr verib

Samuxda 120-dən çox könüllü qanvermə aksiyasında iştirak edib

Şərqi Zəngəzur və Qarabağın faunasına 200-ə yaxın quş, 70-dən çox məməli növü daxildir

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

MSK sədri: Üzvlərə qarşı tələblərimizi getdikcə daha da artırmalıyıq VİDEO

Hesablama Palatası ilə Koreya Audit və Təftiş Şurası birgə fəaliyyətlə bağlı razılıq əldə edib

Azərbaycan və Özbəkistan energetika sahəsində 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb

Xankəndi ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Baia Mare oldu

Cafer Dal: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm körpüdür

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

Politoloq: Qəbələ əhəmiyyətli görüşlərə ev sahibliyi edir VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb VİDEO

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Deputat: Azərbaycanın Türk dünyası və Qafqazdakı mövqeyi iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yaradır

ADPU-da tədbir: “Dil Tədrisi Sammiti 2026”

Samuxda iri fermer təsərrüfatlarında monitorinq aparılıb

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO

Azərbaycan etioloji miflərinin semantikasına həsr olunmuş monoqrafiya nəşr edilib

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

“Kəpəz” 15 yaşlı futbolçu ilə peşəkar müqavilə imzalayıb

“Gənclik ölümə inanmır...” – Səməd Vurğunun qızının xatirələri

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Süni intellektin dövlət auditində tətbiqi Ali Auditorlar Palatasında nəzərdən keçirilib