Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir
Xankəndi, 13 aprel, Elnur Salahov, AZƏRTAC
Qarabağda yenidənqurma işləri son sürətlə davam etməkdədir. Biz də öz növbəmizdə artıq bir neçə dəfə işğaldan azad olunmuş torpaqlarda yarışlar keçirmişik. Ötən il ultramarafon Xankədidə start götürımüşdüsə, bu il də Xankəndidə yekunlaşdı.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Qəbələ-Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında deyib.
Bu il iştirakçıların və finişə çatanların sayında artım müşahidə edildiyini söyləyən nazir bunun sevindirici hal olduğunu bildirib: "Hətta, bu il qadın iştirakçıların sayı ötənilkinə nisbətən çoxluq təşkil edirdi. Bundan başqa, yarışda iştirak edən əcnəbi idmançıların da çoxluğu təqdirəlayiqdir. Bu hal bir daha sübut edir ki, doğru yoldayıq. Yarışın maraqlı keçməsinə görə Azərbaycan Atletika Federasiyasına və Bakı Şəhər Halqasına təşəkkürümü bildirirəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]