Fermerlər Berlinin mərkəzi küçəsini kənd təsərrüfatı texnikası ilə bağlayıb
Bakı, 15 yanvar, AZƏRTAC
Fermerlər Berlinin mərkəzində yerləşən “17 iyun” küçəsini kənd təsərrüfatı texnikası ilə bağlayıblar.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hökumət küçəsi ərazisində iki mindən çox kənd təsərrüfatı texnikası toplanıb. Şəhərin mərkəzində nəqliyyatın hərəkəti tamamilə dayanıb. Eyni zamanda, fermerlərin günorta saatlarında Brandenburq darvazası rayonunda planlaşdırılan böyük nümayişində 10 minə yaxın insanın iştirakı gözlənilir.
Qeyd edək ki, yanvarın 8-dən bəri hökumətin subsidiyaları azaltmaq və kənd təsərrüfatı istehsalçılarına verilən güzəştləri ləğv etmək planlarına qarşı fermerlərin etirazı davam edir. Onlar Almaniyanın müxtəlif yerlərində bir neçə federal magistral yolu bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]