Fermerlərin etirazları Avropanı silkələməkdədir
Praqa, 6 mart, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada fermerlərin etirazları davam edir.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı təşkilatlarının nümayəndələrinin görüşündən sonra Çexiya Aqrar Palatasının prezidenti Yan Dolejal və Kənd Təsərrüfatı İttifaqının sədri Martin Pıxa qarşıdan gələn aksiya barədə məlumat veriblər: “Traktorlar və digər kənd təsərrüfatı texnikası Praqada yürüş edəcək, hökumət binasının qarşısında isə nümayiş olacaq”.
Çexiyanın kənd təsərrüfatı naziri Marek Vıbornı hökumətin fermerlərin beş tələbindən bəzisini təmin etdiyini açıqlayıb.
Fermerlərin fikrincə, bu yardım hələ ki, kifayət deyil.
Martin Pıxanın sözlərinə görə, fermerlər Vıbornının kömək etməyə hazır olduğunu görürlər, lakin hökumət koalisiyasının digər partiyalarından dəstək yoxdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]