Fernandu Santuş: Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq
Bakı, 6 iyun, AZƏRTAC
Oyunçularım onlardan nələr istədiyimi bilirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, komandasının yaxşı təlim-məşq toplanışı keçdiyini bildirib: "Bəzi futbolçular Azərbaycan Kubokunun final oyunundan sonra komandaya qoşuldular. Bizi çətin matç gözləyir. Latviya millisinin keyfiyyətli oyunçuları var. Rəqib barədə uşaqlara ətraflı məlumat vermişəm. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]