“Ferrari”nin builki büdcəsi artırılacaq
Bakı, 1 fevral, AZƏRTAC
Formula 1 çempionatında iştirak edən “Ferrari” komandası builki büdcəsini artıracaq.
AZƏRTAC “Sports Mole”yə istinadla xəbər verir ki, “Skuderiya” son on ildə nə şəxsi birincilikdə, nə də Konstruktorlar Kuboku yarışlarında qalib gəlib.
“Ferrari”nin baş direktoru Lui Kamilleri bu həftə deyib: “Biz çempionatda sonuncu dəfə qalib gələn vaxtdan etibarən ən yaxşı nəticəni 2018-ci ildə göstərmişik. 2019-cu ildə hədəfimiz qələbədir. Bir daha deyirəm ki, 2019-cu ildə hədəfimiz dünya çempionu tituludur. Bu məqsədə çatmaq üçün investisiyaların həcmi artırlacaq”.
Qeyd edək ki, Almaniyanın “Auto Bild” nəşrinin hesablamalarına görə, 2018-ci ildə “Ferrari”nin büdsəsi 530 milyon dollar təşkil edib, bu da “Mercedes”inkindən 25 milyon azdır. Müxtəlif hesablamalara görə, ötən mövsümdə “Mercedes”in büdcəsi 555 milyon dollara bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]