Fevralda “OPEC+” sazişinə 115 faiz əməl olunub
Bakı, 2 aprel, AZƏRTAC
OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının azaldılmasına dair öhdəliklərə fevral ayında 115 faiz əməl edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 15-ci iclasında deyilib.
Bildirilib ki, fevralda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları ardıcıl 7-ci ayda da azalıb. Lakin yenə də ehtiyatlar 2015-2019-cu illərin orta göstəricisindən yuxarıdır.
İclasda Müştərək Texniki Komissiya (JTC) tərəfindən hazırlanan aylıq hesabat və qlobal neft bazarındakı inkişafları nəzərdən keçirilib, OPEC və OPEC-ə üzv olmayan ölkələrin öhdəliklərə əməletmə səviyyəsindəki müsbət performans alqışlanıb.
Həmçinin Səudiyyə Ərəbistanının aprel ayında da neft hasilatını sutkada 1 milyon barrel könüllü tənzimləməsi təşəbbüsünün əhəmiyyəti vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]