Fevralın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin tutqun, arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində gecə və səhər yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Günün ikinci yarısında havanın nisbətən açılacağı gözlənilir.
Temperaturun gecə 0-2° isti, gündüz 2-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6°, bəzi yerlərdə 10°-dək şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağıntı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-3° isti, gündüz 3-7° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Fevralın 1-də və 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.