Fevralın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər az yağıntılı olacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 1-4° isti, gündüz 4-9° isti olacaqdır.
Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz , gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-5° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-2° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.