Fəxri yazar: Növbəti kitab sərgisində “Fəxri nəşriyyat”ın da seçilməsi müsbət addım olar
Bakı, 6 oktyabr, Fidan Əlizadə, AZƏRTAC
Bakı Beynəlxalq Kitab Sərgisi 11 ildir ki, uğurla keçirilir. Bu ardıcıllıq mədəniyyətin ən vacib atributlarından biridir. Mütəmadiliyin qorunması çox önəmlidir, çünki yaradıcı mühit sabitlik və inkişaf üçün vacib baza formalaşdırır.
Bunu AZƏRTAC-a müsahibəsində sərginin fəxri yazarı şair-esseist Qismət Rüstəmov deyib. Onun sözlərinə görə, belə tədbirlər oxucuların sayını artırmaqla yanaşı, ədəbiyyatın və nəşriyyat işinin inkişafına mühüm töhfə verir.
Qismət Rüstəmov sərgi ilə bağlı müəyyən təkliflərini də bölüşüb: “Növbəti kitab sərgisində “Fəxri nəşriyyat”ın da seçilməsi müsbət addım olar. Beləliklə, həm nəşriyyatlar arasında sağlam rəqabəti gücləndirər, həm də kitab sektorunda yeni nəfəs yaradardı. “Fəxri nəşriyyat” statusu qazananlara müəyyən dəstək göstərilməsi onların fəaliyyətinin davamlılığını təmin edər. Xüsusilə yeni başlayan, kiçik və orta miqyaslı nəşriyyatlara bu təşəbbüs vasitəsilə dəstək verilməsi böyük stimul olardı. Beynəlxalq təcrübədə də oxşar modellər mövcuddur və onlardan ilham almaq mümkündür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]