FHN: Dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib
Bakı, 21 iyul, AZƏRTAC
Ötən həftə ərzində 940 yanğına çıxış, 67 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 71 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib, 7-si azyaşlı olmaqla 22 nəfər təxliyə olunub, 11 nəfər tüstüdən zəhərlənib, 12 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]
AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]