FHN-in Bakı Regional Mərkəzi də “Əsgərə salam” aksiyasına qoşulub
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəylik nümayiş etdirməsi məqsədilə yanvarın 17-də başlatdığı “Əsgərə salam” aksiyasına qoşulub.
Bakı Regional Mərkəzinin maarifləndirmə sektorundan AZƏRTAC-a bildiriblər ki, mərkəzin hərbi qulluqçuları “Əsgərə salam” aksiyasına qoşulmaqla Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçməyi gözə alan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan əsgər və zabitlərimizə dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, Bakı Regional Mərkəzi tərəfindən “Əsgərə salam” aksiyası üzrə dəstək 20 Yanvar abidəsinin önündə, Şəhidlər xiyabanında, eləcə də mərkəzin inzibati binasının qarşısında baş tutub.