FHN: Müşviqabad qəsəbəsində 2012-ci il təvəllüdlü uşaq xilas edildi
Bakı, 5 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu Müşviqabad qəsəbəsində 1 azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2012-ci il təvəllüdlü S.Məhərrəmlini xilas edərək ailə üzvlərinə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]