FHN: Ötən sutka ərzində 18 halda yanğına çıxış olub
Bakı, 20 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib, yanğın zamanı 8 nəfər təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:28]
Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO
- 12.10.2026 [13:34]
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib
- 12.10.2026 [12:38]
Qadın hərbi kursantlarla görüş olub
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]