FHN: Ötən sutka ərzində 54 halda yanğına çıxış olub VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dördü azyaşlı olmaqla 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan bir nəfər xilas edilib. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Həmçinin qəza-xilasetmə əməliyyatı zamanı bir nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.