FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər xilas edilib
Bakı, 7 iyun, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 41 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas edilməsi təmin olunub. Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən 1 nəfər yanğın zamanı yanğınsöndürənlər tərəfindən xilas edilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.